08 Nisan 2014

İtki

Kədərlərimə, peşmanlığıma
bir neçə nəfəri daha əlavə etdim
bir neçə insan daha azaldım.
Baxdım ki,
başdan ayağa kədərdən,
peşmanlıqdan ibarətəm.
Baxdım ki, üstüm-başım
toz içində,
Əmək tərini silməyən
əllərimsə uşaq qalıb.
Lap utandım özümdən.

Hamısı da
oyanınca unutduğum,
yada sala bilmədiyim
Bir yuxunun dadı kimi-
alaçiy, yarımçıq
dad buraxdı damağımda,
bir az ürək ağrısı…
Və bəzi göz qırpımlarında
xatırlayacaq kimi olub
qorxulu bir yuxu kimi
dönə-dönə unutdum hamısını.

Belə davam eləsə,
özümü də əlavə edəcəyəm
peşmanlığıma, kədərlərimə-
bir mən daha azalacağam
itirdiyim bütün mənlərin üstünə…

Məsumə Əhədova


Kayıp

Kederlerime, pişmanlığıma
birkaç kişiyi daha ilave ettim
birkaç insan daha azaldım.
Baktım ki,
baştan ayağa üzüntüden,
pişmanlıktan ibaretim.
Baktım ki, üstüm-başım
toz içinde,
Alın terini silmeyen
ellerimse çocuk kaldı.
Hep utandım kendimden.

Hepsi de
uyanınca unuttuğum,
hatırlayamadığım
Bir rüyanın tadı gibi-
alaçiy, yarım
tat bıraktı damağımda,
biraz kalp ağrısı ...
Ve bazen göz açtığımda
hatırlayacak gibi oldum
korkulu bir rüya gibi
döne döne unuttum hepsini.

Böyle devam ederse,
kendimi de ilave edeceğim
pişmanlığıma, kederlerime-
bir ben daha azalacağım
kaybettiğim tüm benlerin üstüne ...

Masuma Ahadova

Benzer Yazılar